İstanbulun Atatürk hava limanında terror qurbanlarının xatirəsinə stend qoyulub - FOTOREPORTAJ

İstanbulun Atatürk hava limanında terror qurbanlarının xatirəsinə stend qoyulub - FOTOREPORTAJ Ötən gün Türkiyə prezidenti və bir sıra dövlət rəsmiləri xatirə stendini ziyarət edib
Region
4 İyul , 2016 12:11
İstanbulun Atatürk hava limanında terror qurbanlarının xatirəsinə stend qoyulub - FOTOREPORTAJ

İstanbul. 4 iyul. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərinin Atatürk adına Beynəlxalq Hava Limanında terror qurbanlarının xatirəsinə stend qoyulub. 

"Report"un Türkiyə bürosu xəbər verir ki, qanlı hadisənin baş verdiyi məkanda həyatını itirən hava limanının əməkdaşlarının şəkilləri lövhələrə vurulub. 

Bir sıra qurum və təşkilatlar, turistlər, media nümayəndələri, habelə şəhər sakinləri stendi ziyarət edir, gül dəstələri qoyur, mərhumların xatirəsini bir dəqiqəlik sükutla yad edir, ruhlarına dualar oxuyurlar, 

Lövhədə terror qurbanlarının iş yoldaşları, yaxınları tərəfindən yazılmış vida məktubları, eləcə də terroru, qətliamları lənətləyən yazılar, ayrı-ayrı təşkilatların sülh-ədalət, beynəlxalq terrora qarşı birgə mübarizə çağırışlarını özündə əks etdirən şüarlar nümayiş etdirilib.

Qeyd edək ki, ötən gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və bir sıra dövlət rəsmiləri xatirə stendini ziyarət edib, hava limanı əməkdaşları ilə söhbət edib. 

Xatırladaq ki, iyunun 28-də Atatürk hava limanında 3 terrorçu-kamikadze terror aktları törədib. Üç partlayış nəticəsində 47 nəfər dünyasını dəyişib, 250-yə yaxın insan xəsarət alıb və ya zərər çəkib.

Son xəbərlər

Orphus sistemi