Bakı. 2 yanvar. REPORT.AZ/ Türkiyə polisi Yeni il gecəsi İstanbulda törədilən terror aktında İŞİD ilə əlaqəli Özbəkistan və ya Qırğızıstan vətəndaşını şübhəli bilir.
"Report" xəbər verir ki, bu barədə "Haberler.com" yazıb.
Yanvarın 1-nə keçən gecə İstanbulun "Reina" gecə klubuna silahlı hücum nəticəsində 39 nəfər öldürülüb. Hadisə zamanı daha 69 nəfər yaralanıb ki, onlardan da ikisi azərbaycanlı olub.