İstanbulda zəlzələdən 473 bina zərər görüb

İstanbulda zəlzələdən 473 bina zərər görüb İstanbulda baş verən zəlzələ nəticəsində 473 bina zərər görüb.
Region
27 Sentyabr , 2019 13:43
İstanbulda zəlzələdən 473 bina zərər görüb

İstanbulda baş verən zəlzələ nəticəsində 473 bina zərər görüb.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, bunu ölkə prezidentinin müavini Fuat Oktay bildirib.

55 məktəb binasına zərər dəydiyi müəyyənləşdirilib. Daha 14 məktəbin binasında yoxlama aparılır.

Məlumata görə, zəlzələ nəticəsində 34 nəfər yaralanıb, onların 10-nun müalicəsi davam edir.

Sentyabrın 27-də İstanbulun 9 rayonunda 14 məktəbdə bir günlük tətil elan olunub.

Qeyd edək ki, sentyabrın 26-da İstanbulda 6 bal gücündə zəlzələ olub.

Son xəbərlər

Orphus sistemi