Bakı. 27 sentyabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində leysan xarakterli yağış nəqliyyatın hərəkətini iflic edib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu gün axşam saatlarında daha da şiddətlənən yağış yollarda gölməçələr əmələ gətirib, avtomobillərin hərəkətini çətinləşdirib.
Bir sıra küçələri və yaşayış evlərinin həyətlərini su basıb.