​İstanbulda törədilən terrora görə bir nəfər şübhəli şəxs qismində tutulub

​İstanbulda törədilən terrora görə bir nəfər şübhəli şəxs qismində tutulub Almaniyanın daxili işlər naziri: "Almaniya əhalisinin bu terroru mühakimə etdiyini, Türkiyə xalqına baş sağlığımızı çatdırmaq üçün buradayam"
Region
13 Yanvar , 2016 16:20
​İstanbulda törədilən terrora görə bir nəfər şübhəli şəxs qismində tutulub

Bakı.13 yanvar. REPORT.AZ/ İstanbulda Sultanahmet meydanında törədilən terrora görə bir nəfər şübhəli şəxs qismində saxlanılıb.

"Report" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Efkan Ala bildirib. 

Məlumata görə, Almaniyanın daxili işlər naziri Tomas de Mezyer yanvarın 12-də törədilən terror aktında həlak olanların xatirəsini yad etmək və ölkəsinin başsağlığını Türkiyə rəsmilərinə çatdırmaq üçün İstanbula gəlib. Türkiyə və Almaniya daxili işlər nazirləri hadisənin baş verdiyi əraziyə gediblər və Sultanahmet meydanında törədilən terrorun qurbanlarının xatirəsini yad ediblər. Nazirlər orada birgə açıqlama veriblər. 

Efkan Ala söyləyib ki, Almaniya daxili işlər nazirinin Türkiyədə olması terrorçuluğa qarşı birgə mübazirənin göstəricisidir.

Tomas de Mezyer isə bildirib: "Dünən baş verən hadisədən çox sarsılmışam. Bu, insanlığa qarşı cinayətdir. Almaniya əhalisinin bu terroru mühakimə etdiyini, Türkiyə xalqına baş sağlığımızı çatdırmaq üçün buradayam".

Nazirlər xəstəxanadakı yaralılara baş çəkiblər. Məlumata görə, terror nəticəsində yaralanan 15 nəfərdən 11-i hazırda xəstəxanada müalicə olunur. Onları 10-u Almaniya, biri Norveç, biri isə Peru vətəndaşıdır. Almaniyadan olan iki yaralının vəziyyəti ağırdır.

Son xəbərlər

Orphus sistemi