​İstanbulda polis məntəqəsinə silahlı basqın olub

​İstanbulda polis məntəqəsinə silahlı basqın olub Hadisənin ardınca "Taksim"də şübhəli paketlə də bağlı həyəcan siqnalı verilib
Region
30 Yanvar , 2015 17:25
​İstanbulda polis məntəqəsinə silahlı basqın olub

Bakı. 30 yanvar. REPORT.AZ/ İstanbulda "Taksim" meydanında polis məntəqəsinə silahlı basqın olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, atəş açan şəxsin qadın olduğu ehtimal edilir.

Basqından sonra o, avtomat silahı hadisə yerində qoyaraq qaçıb. Naməlum şəxsin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri başlayıb.

Basqın nəticəsində ölən və ya yaralanan olmayıb.

Hadisənin ardınca "Taksim"də şübhəli paketlə də bağlı həyəcan siqnalı verilib.

Son xəbərlər

Orphus sistemi