Bakı. 11 sentyabr. REPORT.AZ/ Bu gün İstanbulda NATO-ya üzv dövlətlərin qərargah rəislərinin növbəti toplantısı keçirilir.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu haqda Alyansın mətbuat xidməti məlumat yayıb.
Toplantıda bölgənin təhlükəsizliyi və bununla bağlı hazırlıq planı, eləcə də NATO-nun Əfqanıstandakı və Balkan ölkələrindəki fəaliyyətinə dair məsələlər müzakirə olunur.
Qeyd edək ki, yığıncaq sentyabrın 13-dək davam edəcək.