Bakı. 19 avqust. REPORT.AZ/ İstanbulun Bayrampaşa rayonunun Maltəpə məhəlləsində Dokumacılar sənaye bölgəsində qapı həncaməsi istehsal edən müəssisədə partlayış baş verib.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, partlayışdan sonra meydana gələn yanğın nəticəsində 1 nəfər ölüb, 10 nəfər yaralanıb.
Yanğın zamanı yaranmış tüstü səbəbindən çoxlu sayda insan çıxılmaz vəziyyətdə qalıb.
Hadisə yerinə çoxlu sayda yanğınsöndürən və təcili tibbi yardım maşını cəlb edilib.