İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin 32-ci toplantısı başlayıb - ƏLAVƏ OLUNUB

İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin 32-ci toplantısı başlayıb - ƏLAVƏ OLUNUB Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir
Region
23 Noyabr , 2016 11:17
İstanbulda İƏT-in İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin 32-ci toplantısı başlayıb - ƏLAVƏ OLUNUB

İstanbul. 23 noyabr. REPORT.AZ/ İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin (İTƏDK) 32-ci toplantısı  başlayıb. 

"Report"un Türkiyə bürosunun məlumatına görə, mütəxəssislərin danışıqları ilə başlayan toplantıda bu gün Türkiyə prezidenti Rəcəb Tayyaip Ərdoğan çıxış edib.

Dövlət başçısı bildirib ki, Türkiyənin daxil olduğu bölgə böhranlarla mübarizə aparır. “Dövlətləri alt-üst edən böyük kataklizmlərin olduğu dövrdə yaşayırıq. Bu proses hamımıza təsir göstrir. Bu böhranlar İslam ölkələrinin demək olar ki, hamısını əhatə edir. Dünyanın yükünü isə bir qayda olaraq, biz çiyinlərimizdə daşıyırıq. Aralıq dənizi 5 min məzluma məzar olub. Suriya və İraqdan məcburi köç nəticəsində 10 minə yaxın uşaq itkin düşüb, onların taleyindən xəbər yoxdur”, - deyə, Rəcəb Tayyib Ərdoğan tədbirin açılşıında vurğulayıb.

FETÖ-nun törətdiyi terror gecəsində 248 türkün şəhid olduğunu xatırladan ölkə başçısı bildirib ki, müstəqilliyini qorumaq üçün mübarizə aparan Türkiyə bir daha güclənərək ayağa qalxdı: “İyulun 15-də Türkiyədə yaşanan dəhşətli hadisəni hər kəs gördü. Həmin vaxt türk millətinin iradəsini ələ keçirməyə çalışdılar. Dünyanın hər yerində bu gecəyə görə milyonlarla insan bizimlə birlikdə göz yaşı tökdü, ayağa qalxdı. FETÖ-nün hökmranlıq etdiyi ölkələrdə uşaqlara təhsil vermək vədi ilə özlərinə gələcək qurmaq istəyirlər. Ona görə də əl-ələ verib həmin terror təşkilatı ilə birlikdə mübarizə aparmalıyıq”. 

R. T. Ərdoğan qeyd edib ki, 15 iyul hadisəsindən sonra Qərb dövlətləri Türkiyəni günahlandırıb: “Bu gün ABŞ-ın yeni prezidenti Donald Tramp hədəfə alınıb. Məgər onun adının seçki qutusundan çıxan nəticələrə əsaslanması demokratiya deyil? Onların məqsədi bütün dünyanı bir-birinə vurmaqdır”.

Toplantıda 57 üzv və 5 müşahidəçi ölkələrin, eyni zamanda beynəlxalq təşkilatların nümayəndələri iştirak edir. Tədbirdə Azərbaycanı iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edir.

Son xəbərlər

Orphus sistemi