İstanbulda İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən 45 əcnəbi saxlanılıb

İstanbulda İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən 45 əcnəbi saxlanılıb Onların Türkiyə ərazisindən deportasiya edilməsi üçün hazırlıq görülür
Region
21 Dekabr , 2017 11:12
İstanbulda İŞİD-lə əməkdaşlıqda şübhəli bilinən 45 əcnəbi saxlanılıb

Bakı. 21 dekabr. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində terrorçularla əməkdaşlıqda şübhəli bilinən 45 əcnəbi saxlanılıb. 

“Report” “Ahaber”ə istinadən xəbər verir ki, İstanbul polisinin Terrora Qarşı Mübarizə Şöbəsi “Əcənəbi terrorçu döyüşçülərə qarşı əməliyyat” kod adı altında əməliyyat-axtarış tədbiri keçirib.

Saxlanılan xarici ölkə vətəndaşları terrorçu İŞİD qruplaşması ilə əməkdaşlıqda və terrorçulara dəstək verməkdə ittiham olunurlar.

Onların Türkiyə ərazisindən deportasiya edilməsi üçün hazırlıq görülür. 

Son xəbərlər

Orphus sistemi