​İstanbulda partlayış nəticəsində 5-i hərbçi olmaqla, 8 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-2

​İstanbulda partlayış nəticəsində 5-i hərbçi olmaqla, 8 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-2 Hadisənin terror aktı olduğu ehtimal edilir
Region
12 May , 2016 18:02
​İstanbulda partlayış nəticəsində 5-i hərbçi olmaqla, 8 nəfər yaralanıb - VİDEO - YENİLƏNİB-2

Bakı. 12 may. REPORT.AZ/ İstanbulun Osmanqazi prospektində yerləşən hərbi hissənin yaxınlığında baş verən partlayış nəticəsində 8 nəfər yaralanıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə İstanbul valisi Vasip Şahin jurnalistlərə açıqlamasında bildirib. 

Onun sözlərinə görə, yaralananlardan 5-i hərbçi, 3-ü isə mülki vətəndaşdır.  

*** 18:00

İstanbulun Osmanqazi prospektində yerləşən hərbi hissənin qarşısında partlayış törədilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda polis, yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb edilib. 

Hadisənin terror aktı olduğu ehtimal edilir. 

Bu arada Sancaqtəpə bələdiyyəsinin başqanı İsmail Ərdəm partlayışın hərbi maşının keçidi əsnasında meydana gəldiyini və nəticədə həmin xidməti avtomobildə də yanğın baş verdiyini deyərək, 6-sı əsgər, 1-i mülki vətəndaş olmaqla 7 nəfərin yaralandığını açıqlayıb.

Son xəbərlər

Orphus sistemi