İstanbulda helikopter qəzasında ölən şəxslərin adları açıqlanıb - YENİLƏNİB-3

İstanbulda helikopter qəzasında ölən şəxslərin adları açıqlanıb - YENİLƏNİB-3 Sərnişinlərin 4-ü Rusiya vətəndaşı olub
Region
369
10 Mart , 2017 13:53
İstanbulda helikopter qəzasında ölən şəxslərin adları açıqlanıb - YENİLƏNİB-3
Haber7

Bakı. 10 mart. REPORT.AZ/ İstanbulda helikopterin qəzaya uğraması nəticəsində meyiti aşkarlanan 5 nəfərdən 4-ü Rusiya vətəndaşıdır.

“Report” "Sabah"a istinadən xəbər verir ki, onların adları məlum olub.

Belə ki, Aleksandr Vanin, İqor Koçergin, Lyudmila Çurova və Yelena Badraqa Rusiya, Salim Özən isə Türkiyə vətəndaşıdır.

***13:37

Bakı. 10 mart. REPORT.AZ/ İstanbulda qəzaya uğrayan helikopterdəki sərnişinlərin 4-ü Rusiya vətəndaşıdır.

“Report” xəbər verir ki, bu barədə CNNTürk məlumat yayıb.

***13:00

Bakı. 10 mart. REPORT.AZ/ İstanbulda helikopterin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.

“Report” DHY-yə istinadən xəbər verir ki, helikopterdə 7 nəfər olub.

Onların ikisinin pilot, 4-nün xarici ölkə vətəndaşı, birinin isə Türkiyə vətəndaşı olduğu bildirilib. Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Məlumata görə, helikopter televiziya qülləsinə çarpılaraq, qəzaya uğrayıb.
Helikopter İstanbuldan Bileciyə uçurmuş.

***12:49

İstanbulun Beylikdüzü rayonunda yanğınsöndürən helikopter qəzaya uğrayıb.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, hadisə texniki nasazlıq səbəbindən baş verib.

Qəza nəticəsində xəsarət alan və ölənin olmadığı bildirilib.

Məlumata görə, hadisə yerinə xilasedicilər cəlb edilib. 

Son xəbərlər

Orphus sistemi