İstanbul. 2 yanvar. REPORT.AZ/ İstanbulda gecə klubuna silahlı hücum təşkil edən şəxsin fotosu yayılıb.
“Report”un Türkiyə bürosu xəbər verir ki, fotonu İstanbul Terrorla Mübarizə idarəsinin əməkdaşları müşahidə kameralarının görüntüsündən götürüblər.
Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxs İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna hücum edib. 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb. Ölənlər arasında Səudiyyə Ərəbistanı, Mərakeş, Livan, Liviya, İordaniya və İsrail vətəndaşları var.

