İstanbulda daha 81 hərbçi barəsində həbs qətimkan tədbiri seçilib

İstanbulda daha 81 hərbçi barəsində həbs qətimkan tədbiri seçilib Əyalətin 15 rayonunda antiterror əməliyyatı keçirilib
Region
8 Sentyabr , 2016 10:48
İstanbulda daha 81 hərbçi barəsində həbs qətimkan tədbiri seçilib

Bakı. 8 sentyabr. REPORT.AZ/ İstanbulun 15 rayonunda Fətullahçı terror təşkilatı (FETÖ) ilə bağlı keçirilən istintaq çərçivəsində hərbçilərin 85 "abi"si barəsində həbs qətimkan tədbiri seçilib.

"Report" Haberturk-ə istinadən xəbər verir ki, onlar İstanbul prokurorluğunun sanksiyasına əsasən tutulublar.

İnfromasiyaya görə, həbs olunanlardan 6-sı general, 43-ü müxtəlif rütbəli zabit, 32-si çavuş, 4-ü isə mülki vətəndaşdır.

Qeyd edək ki, FETÖ-çülərin təlimatçıları "abi" və "abla" adlandırılır.

Son xəbərlər

Orphus sistemi