Nazir: "İstanbulda dağıntılar altından 14 nəfərin meyiti çıxarılıb"

Nazir: "İstanbulda dağıntılar altından 14 nəfərin meyiti çıxarılıb" Bakı. 8 fevral. REPORT.AZ/ İstanbulda çökən yaşayış binasının dağıntıları altından 45 saatdan sonra 16 yaşlı yeniyetmə yaralı halda çıxarılıb.
Region
8 Fevral , 2019 15:58
Nazir: İstanbulda dağıntılar altından 14 nəfərin meyiti çıxarılıb

Bakı. 8 fevral. REPORT.AZ/ "İstanbulda çökən yaşayış binasının dağıntıları altından 45 saatdan sonra 16 yaşlı yeniyetmə yaralı halda çıxarılıb".

“Report” “Haberturk”ə istinadən xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu bildirib. 

Onun sözlərinə görə, dağıntılar altından bir qadın və iki uşağın səsi eşidilir: "Ümumilikdə, dağıntılar altında cəmi 5 nəfərin səsi eşidilir. 

"İndiyədək dağıntılar altından 14 nəfərin meyiti çıxarılıb. Eyni zamanda 13 nəfər dağıntılar altından yaralı halda xilas edilib. Onlardan ikisinin vəziyyəti ağırdır", - deyə S.Soylu qeyd edib.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin İstanbul şəhərinin Maltepe rayonunda səkkizmərtəbəli yaşayış binası çöküb.

Son xəbərlər

Orphus sistemi