İstanbulda azərbaycanlıların toplaşdığı məsciddə təhlükəsizlik tədbirləri gücləndirilib

İstanbulda azərbaycanlıların toplaşdığı məsciddə təhlükəsizlik tədbirləri gücləndirilib Hazırda məscidə girişlər Türkiyənin xüsusi təyinatlı polisləri və zirehli avtomobillər vasitəsilə mühafizə olunur
Region
3 yanvar 2017 13:11
İstanbulda azərbaycanlıların toplaşdığı məsciddə təhlükəsizlik tədbirləri gücləndirilib

Bakı. 3 yanvar. REPORT.AZ/ İstanbulun Halkalı rayonunda əsasən azərbaycanlıların toplaşdığı "Zeynəbiyyə" məscidində təhlükəsizlik tədbirləri gücləndirilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hazırda məscidə girişlər Türkiyənin xüsusi təyinatlı polisləri və zirehli avtomobillər vasitəsilə mühafizə olunur. 

Qeyd edək ki, məscid Türkiyədə "azərbaycanlıların məscidi" kimi tanınır.

Son xəbərlər

Orphus sistemi