Bakı. 30 sentyabr. REPORT.AZ/ İstanbulda avtomobilin "Kartal" metro stansiyasının girişinə çırpılması nəticəsində bir nəfər həyatını itirib, 3 nəfər isə yaralanıb.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə sürücünün idarəetməni itirməsi nəticəsində baş verib.
Şahidlər isə bildirib ki, avtomobil çox sürətlə gəlirmiş və stansiyanın girişində gözləyənləri əzib.
Yaralılar xəstəxanaya yerləşdirilib.
Polis qəza ilə bağlı araşdırma aparır.
