İstanbulda avtobus dayanacağının yaxınlığındakı partlayışla bağlı 4 nəfər saxlanılıb

İstanbulda avtobus dayanacağının yaxınlığındakı partlayışla bağlı 4 nəfər saxlanılıb Terror aktı nəticəsində ölənlərin sayı 12 nəfərə çatıb
Region
7 İyun , 2016 17:10
İstanbulda avtobus dayanacağının yaxınlığındakı partlayışla bağlı 4 nəfər saxlanılıb

Bakı. 7 iyun. REPORT.AZ/ İstanbul şəhərində Beyazit rayonunun Vezneciler metrostansiyası yaxınlığında baş verən terror hadisəsi ilə əlaqədar 4 nəfər saxlanılıb.

“Report”un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, şübhəli şəxsləri İstanbul Polis İdarəsinin Terrorla Mübarizə Şöbəsinin əməkdaşları tutub.

Şübhəlilər İstanbul Polis İdarəsinə aparılıblar.

Qeyd edək ki, hadisə yerli vaxtla səhər saat 8:30-da İstanbul Universitetinin yaxınlığından keçən polis maşınının partlaması nəticəsində baş verib. Partlayışdan sonra odlu silahdan açılan atəş səsləri eşidilib.

İstanbulda törədilən terror aktı nəticəsində ölənlərin sayı 12-yə, yaralıların sayı isə 42 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi