Bakı. 27 iyun. REPORT.AZ/ İstanbulun Pendik, Bağcılar, Esenler, Sultanbeyli, Esenyurt və Sultanqazi rayonlarında eyni vaxtda radikal dinçi qruplara qarşı antiterror əməliyyatı keçirilib.
"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.
Əməliyyatı polis, Milli Təhlükəsizlik Təşkilatı (MİT) birlikdə keçirib. 5 radikal dinçi silahlı həbs edilib.