Bakı. 15 yanvar. REPORT.AZ/ Bu gün səhər saatlarında Türkiyənin İstanbul şəhəri, Maltəpə rayonunun Gülsuyu və Gülənsu məhəllələrində antiterror əməliyyatı keçirilib.
"Report" "Tarafsızhaberlər"ə istinadən xəbər verir ki, hadisə yerinə İstanbul Təhlükəsizlik İdarəsinin Terrora qarşı Mübarizə şöbəsinin özəl dəstəsi və "Akrep" ("Əqrəb") adlı zirehli avtomobillər cəlb edilib.
Əməliyyatın hansı qruplaşmaya qarşı keçirildiyi haqda məlumat verilməyib. Polis müxtəlif ünvanlarda araşdırma aparıb.