Bakı. 1 may. REPORT.AZ/ Türkiyənin İstanbul şəhərində 1 May - Əmək günündə Taksim meydanı və Beşiktaş rayonunda icazəsiz mitinq keçirmək istəyən 80-dən çox insan saxlanılıb.
"Report" "Hurriyet Daily News" nəşrinə istinadən xəbər verir ki, böyük mitinq Maltəpə rayonunda təşkil olunub.
Təhlükəsizliyi 26 min 174 polis təmin edib.
Taksim meydanı və Beşiktaş rayonunda mitinq keçirmər qadağan olunsa da, bir qrup şəxs buna cəh edib. Nəticədə 80-dən çox nümayişçi saxlanılıb.