İstanbul valisi: "İstanbulda gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxs təqsirini etiraf edib"

İstanbul valisi: "İstanbulda gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxs təqsirini etiraf edib" Abdulkadir Maşaripov Əfqanıstanda təlim keçib
Region
116
17 Yanvar , 2017 12:24
İstanbul valisi: İstanbulda gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxs təqsirini etiraf edib

Bakı. 17 yanvar. REPORT.AZ/ "Yeni il gecəsi İstanbulda gecə klubunda terror aktını özbəkistanlı Abdulkadir Maşaripov törədib".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu İstanbul valisi Vasip Şahin deyib.

Onun sözlərinə görə, saxlanılan Abdulkadir Maşaripov təqsirini boynuna alıb. Terror aktını törədənədək o, Əfqanıstanda təlim keçib.

Xatırladaq ki, yanvarın 1-nə keçən gecə İstanbuldakı "Reina" gecə klubunda terror hadisəsi törədilib. Terrorçunun klub ziyarətçilərini atəşə tutması nəticəsində 39 nəfər həlak olub. Ölənlər arasında Azərbaycan əsilli Rusiya vətəndaşı da olub. 70 nəfər isə yaralanıb.

Son xəbərlər

Orphus sistemi