​İstanbul prokurorunun öldürülməsi əmrini verən şəxsin adı açıqlanıb

​İstanbul prokurorunun öldürülməsi əmrini verən şəxsin adı açıqlanıb Fəaliyyəti qadağan edilən terrorçu təşkilatın lideri hazırda Yunanıstan həbsxanasında saxlanılır
Region
3 Aprel , 2015 14:11
​İstanbul prokurorunun öldürülməsi əmrini verən şəxsin adı açıqlanıb

Bakı. 3 aprel. REPORT.AZ/ İstanbul prokurorunun öldürülməsi əmrini terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (DHKP-C) lideri sayılan Hüseyn Fevzi Tekinin verdiyi müəyyən edilib.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, o, "prokuroru vur" əmrini "WhatsApp" və "Viber" internet proqramları ilə verib.

Türkiyənin baş naziri Əhməd Davudoğlu hadisə zamanı həmin terrorçuların ölkədənkənar qüvvələrlə əlaqə saxladıqlarının təsbit edildiyini bildirib.

Bununla bağlı "GSM" şirkətindən hesabat istənilib və bu istək təmin olunub. Araşdırmadan sonra prokuror Mehmet Selim Kirazın qətlə yetirilməsi ilə bağlı əmri Hüseyn Fevzi Tekinin verdiyi təsdiqlənib.

Fəaliyyəti qadağan edilən terrorçu İnqilabçı Xalq Qurtuluş Partiyası-Cəbhəsinin (DHKP-C) lideri sayılan Hüseyn Fevzi Tekin hazırda Yunanıstan həbsxanasında saxlanılır.

Xatırladaq ki, İstanbul prokuroru Mehmet Selim Kiraz martın 31-də vəzifəsi icra edərkən öldürülüb. 

Son xəbərlər

Orphus sistemi