İstanbul polisi 12 saatlıq irimiqyaslı axtarış-əməliyyat tədbiri keçirib

İstanbul polisi 12 saatlıq irimiqyaslı axtarış-əməliyyat tədbiri keçirib Bakı. 29 dekabr. REPORT.AZ/ İstanbulda 12 saat davam edən irimiqyaslı axtartış-əməliyyat tədbirləri nəticəsində axtarışda olan 903 nəfər tutulub.
Region
29 Dekabr , 2018 13:26
İstanbul polisi 12 saatlıq irimiqyaslı axtarış-əməliyyat tədbiri keçirib

Bakı. 29 dekabr. REPORT.AZ/ İstanbulda 12 saat davam edən irimiqyaslı axtartış-əməliyyat tədbirləri nəticəsində axtarışda olan 903 nəfər tutulub.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, əməliyyat zamanı 2 min 617 evdə axtarış aparılıb.

Bildirilib ki, bu əməliyyatda bir ay təlim keçmiş minə yaxın polis əməkdaşı iştirak edib.

Onların aralarında 20 ilədək həbs cəzasına məhkum edilən 2 nəfər, 10 ilədək 17, 5 ilədək 73, 2 ilədək 405, habelə barələrində məhkəmənin qiyabi hökm çıxardığı 406 nəfər  də var.

Axtarış-əməliyyat tədbirləri nəticəsində tutulanlar müxtəlif cinayətlərə görə cəzalara məhkum olunublar. 

Son xəbərlər

Orphus sistemi