İsrailin Rusiyadakı səfiri XİN-ə çağrılıb

İsrailin Rusiyadakı səfiri XİN-ə çağrılıb Bakı. 10 aprel. REPORT.AZ/ İsrailin Rusiyadakı səfiri Hari Koren Xarici İşlər Nazirliyinə çağrılıb.
Region
10 Aprel , 2018 12:50
İsrailin Rusiyadakı səfiri XİN-ə çağrılıb

Bakı. 10 aprel. REPORT.AZ/ İsrailin Rusiyadakı səfiri Hari Koren Xarici İşlər Nazirliyinə çağrılıb. 

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Boqdanov məlumat verib.

Onun sözlərinə görə, səfirlə bu gün keçiriləcək görüşdə bütün aktual məsələlər, o cümlədən Suriyanın hərbi bazasının bombalanması məsələsi müzakirə olunacaq.

Bununla yanaşı, diplomat deyib ki, Moskva ABŞ-ın Suriyaya zərbələrin ağır fəsadları barədə bəyanatlarının nəzərə alacağına ümid edir. 

Onun sözlərinə görə, Suriyada Rusiya ilə ABŞ arasında hərbi qarşıdurma təhlükəsi yoxdur.

Son xəbərlər

Orphus sistemi