İsrailin müdafiə naziri: “İrandakı rejim son günlərini yaşayır”

İsrailin müdafiə naziri: “İrandakı rejim son günlərini yaşayır” Bakı. 26 aprel. REPORT.AZ/ “İran İsrailə hücum edəcəyi halda, onların Tehrandakı və başqa bölgələrdəki hərbi obyektlərinə cavab zərbəsi endirəcəyik”.
Region
26 aprel 2018 12:10
İsrailin müdafiə naziri: “İrandakı rejim son günlərini yaşayır”

Bakı. 26 aprel. REPORT.AZ/ “İran İsrailə hücum edəcəyi halda, onların Tehrandakı və başqa bölgələrdəki hərbi obyektlərinə cavab zərbəsi endirəcəyik”.

“Report” İsrail KİV-inə istinadən xəbər verir ki, bunu İsrailin müdafiə naziri Aviqdor Liberman ABŞ-a səfəri ərəfəsində Səudiyyə Ərəbistanının “Əlaf” saytına müsahibəsində bildirib.

“İsrail İranın Suriyada möhkəmlənməsinə yol verməyəcək. Bölgədə gərginliyin yaranmasını istəmirik. İrandakı rejim son günlərini yaşayır. ABŞ-ın Vyana müqaviləsindən çıxması İran iqtisadiyyatının sonu deməkdir. Qeyd edim ki, İran terrorun ixracına milyardlarla dollar xərcləyir”, - müdafiə naziri vurğulayıb. 

Son xəbərlər

Orphus sistemi