Suriyada İranın 11 hərbçisi ölüb

Suriyada İranın 11 hərbçisi ölüb İsrailin Suriyaya raket zərbəsi endirməsi nəticəsində İranın 11 hərbçisi ölüb.
Region
28 Mart , 2019 14:55
Suriyada İranın 11 hərbçisi ölüb
0 : 00
0 : 00

İsrailin Suriyaya raket zərbəsi endirməsi nəticəsində İranın 11 hərbçisi ölüb.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, məlumatı İsrail KİV-i yayıb.

“The Associated Press” isə hadisə nəticəsində İranın 7 hərbçisinin öldüyünü bildirib.

İsrailin nəqliyyat naziri, xarici işlər nazirinin müavini İsrael Katz Suriyanın Hələb şəhərinə yəhudi dövləti ordusunun hücum etdiyini təsdiqləyib.

“SANA” agentliyi bildirib ki, martın 28-i gecə saatlarında İsrailə məxsus döyüş təyyarələri Hələb şəhərinin Bəşşar Əsəd rejiminin nəzarəti altında olan hissəsinə - Şeyx Nacar bölgəsinə raket hücumu edib. Məlumata görə, hücumun əsas hədəfinin Hələbdəki İran hərbçilərinə aid silah anbarı olub. 

Son xəbərlər

Orphus sistemi