Videoda yaraqlılar Suriyanın Rakka əyalətində hərbi aerodromların birində ələ keçirdikləri köhnə Sovet qırıcı təyyarəsinin yanında dayanıblar. Terrorçulardan biri Rusiyanın prezidenti Vladimir Putinə müraciət edərək, Çeçenistan və Qafqazı "azad etmək" və orada "İslam xilafəti"ni yaratmaq niyyətində olduqlarını bildiriblər.
Bundan başqa, yaraqlılar Suriya rəhbəri Bəşər Əsədi də havadan zərbələr endirəcəkləri ilə təhdid edirlər.
Bu ilin iyun ayında "İslam dövləti" qruplaşmasının üzvləri İraqın şimal və qərb rayonlarına hücuma keçiblər. Qısa müddət ərzində onlar ölkənin iri şəhərləri və qəsəbələrini ələ keçiriblər. Ekstremistlər Suriya və İraqın onlar tərəfindən nəzarət olunan ərazilərində "İslam xilafətinin" yaradıldğını elan ediblər.