​İŞİD Türkiyə yaxınlığında yeni ərazilər ələ keçirib

​İŞİD Türkiyə yaxınlığında yeni ərazilər ələ keçirib Terrorçular 5 kəndi nəzarətə götürüblər
Region
27 avqust 2015 21:06
​İŞİD Türkiyə yaxınlığında yeni ərazilər ələ keçirib

Bakı. 28 Avqust. REPORT.AZ/ "İraq-Şam İslam Dövləti" terror qruplaşmasının (İŞİD) üzvləri Suriyada bunadək üsyançıların nəzarəti altında olan yeni ərazilər ələ keçiriblər.

"Report" "Azadlıq Radiosu"na istinadən xəbər verir ki, Suriyada insan haqları müşahidəçilərinin məlumatına görə, terrorçular ikisi Türkiyə ilə sərhəd yaxınlığında olmaq şərti ilə 5 kəndi işğal ediblər.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, sərhəddə tezliklə terrorçulara qarşı əməliyyat aparılacaq.

İŞİD terrorçuları öz növbələrində bölgədə 3 kəndi və Türkiyə sərhədindən 20 km cənubda yerləşən və üsyançıların nəzarəti altında olan Marea şəhərinin ətrafını ələ keçirdiklərini bəyan ediblər.

Son xəbərlər

Orphus sistemi