Bakı. 19 avqust. REPORT.AZ/ İŞİD terror qruplaşması Rusiyanın Surqut şəhərində hücumun məsuliyyətini üzərinə götürüb.
“Report” xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Qeyd edək ki, avqustun 19-da Rusiyanın Surqut şəhərində naməlum şəxsin insanlara bıçaqla hücum etməsi nəticəsində 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Polisin hücum edən şəxsi zərərsizləşdirdiyi, yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.