İrəvanda yanacaqdoldurma stansiyasında partlayış olub

İrəvanda yanacaqdoldurma stansiyasında partlayış olub Hadisə nəticəsində bir nəfər xəsarət alıb
Region
20 Yanvar , 2018 03:59
İrəvanda yanacaqdoldurma stansiyasında partlayış olub

Bakı. 20 yanvar. REPORT.AZ/ İrəvan şəhəri ətrafında yerləşən qazdoldurma stansiyasında baş verən partlayış nəticəsində bir nəfər xəsarət alıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə İrəvanın Davtaşen məhəlləsində qeydə alınıb.

Məntəqədə dayanan marşrut "Qazel"in qaz balonu partlayıb.

Bu ərəfədə jurnalist Qaqik Şamşan hadisə yerindən xəbər verib ki, nəticədə daha iki maşına ziyan dəyib. Jurnalist öz saytında yazıb ki, stansiyanın xəsarət almış əməkdaşı xəstəxanaya yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi