İrəvanda ticarət mərkəzində bıçaqlanma olub, ölən və yaralanan var

İrəvanda ticarət mərkəzində bıçaqlanma olub, ölən və yaralanan var Bakı. 3 iyun. REPORT.AZ/ İrəvanın ticarət mərkəzlərindən birində bıçaqlanma nəticəsində 1 nəfər ölüb, daha biri isə yaralanıb.
Region
3 İyun , 2018 04:36
İrəvanda ticarət mərkəzində bıçaqlanma olub, ölən və yaralanan var

Bakı. 3 iyun. REPORT.AZ/ İrəvanın ticarət mərkəzlərindən birində bıçaqlanma nəticəsində 1 nəfər ölüb, daha biri isə yaralanıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə şəhər polisinin mətbuat xidməti məlumat yayıb.

"Təcili yardım stansiyasından "Qızıl dünyası" ticarət mərkəzi ərazisində 40 yaşlı kişi meyitinin aşkar edildiyi barədə məlumat daxil olub. Beş dəqiqədən sonra 33 yaşlı kişinin xəstəxanaya yerləşdirildiyi məlumat verilib", - deyə polisdən bildirilib.

Hazırda hadisənin bütün təfərrüatları araşdırılır.

"Şübhəli şəxsin kimliyini müəyyən etmək mümkün olub. Onun tapılaraq istintaqa cəlb edilməsi barədə tədbir görülür", - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi