İraqın neft naziri Türkiyəyə səfər edəcək

İraqın neft naziri Türkiyəyə səfər edəcək Bakı. 19 fevral. REPORT.AZ/ İraqın neft naziri Cabbar Luayabi həftəsonu Ceyhan limanına neft ixracının bərpası məsələsini müzakirə etmək üçün Ankaraya səfər edəcək.
Region
19 Fevral , 2018 16:12
İraqın neft naziri Türkiyəyə səfər edəcək

Bakı. 19 fevral. REPORT.AZ/ İraqın neft naziri Cabbar Luayabi həftəsonu Ceyhan limanına neft ixracının bərpası məsələsini müzakirə etmək üçün Ankaraya səfər edəcək.

“Report” xəbər verir ki, bu məlumatı “Haber7” yayıb.

Qeyd edək ki, İraqın hərbi gücləri Kərkükün şimal-qərbində yerləşən Bai Hasan və Avana neft yataqlarını ölkənin şimalındakı kürd muxtariyyətinin “peşmərgə” adlı silahlı dəstələrindən geri aldıqdan sonra oradan Ceyhan limanına neft nəqli dayandırılmışdı. O vaxtadək həmin ərazidən Ceyhana nəql edilən neftə muxtariyyətdəki yerli hakimiyyət nəzarət edirdi.

Son xəbərlər

Orphus sistemi