İraqda zəvvarları daşıyan avtobus aşıb, 30 nəfər yaralanıb

İraqda zəvvarları daşıyan avtobus aşıb, 30 nəfər yaralanıb Avtobus zəvvarları İrandan İraqın Nəcəf şəhərinə aparırmış
Region
4 Noyabr , 2017 13:00
İraqda zəvvarları daşıyan avtobus aşıb, 30 nəfər yaralanıb
AFP

Bakı. 4 noyabr. REPORT.AZ/ İrandan İraqa zəvvarları daşıyan avtobus aşıb. 

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İranın Təcili Tibbi Yardım Xidmətinin rəhbəri Pirhüseyn Kulivand deyib. 

Onun sözlərinə görə, hadisə nəticəsində avtobusda olan 47 nəfərdən 30-u yaralanıb, onlar tibbi yardım göstərilməsi üçün İrana aparılıblar. Yaralananlardan 4-nün vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə İraqın Badra şəhərində baş verib. 

Avtobus zəvvarları İrandan İraqın Nəcəf şəhərinə aparırmış.

Son xəbərlər

Orphus sistemi