İraq Prezidenti İranda səfərdədir

İraq Prezidenti İranda səfərdədir Bakı. 17 noyabr. REPORT.AZ/ İraq Prezidenti Bərhəm Salehin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Tehrana səfər edib.
Region
17 noyabr 2018 07:57
İraq Prezidenti İranda səfərdədir

Bakı. 17 noyabr. REPORT.AZ/ İraq Prezidenti Bərhəm Salehin başçılıq etdiyi nümayəndə heyəti noyabrın 17-də Tehrana səfər edib.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, səfər iki gün sürəcək.

Bildirilib ki, o, İran Prezidenti Həsən Ruhani və başqa rəsmilərlə görüşəcək. Görüşlərdə İran-İraq əlaqələrinin genişləndirilməsi, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Səfər zamanı ölkə rəsmiləri arasında əməkdaşlıqla bağlı bir neçə sənədin imzalanacağı da gözlənilir. Görüşün sonunda prezidentlər birgə mətbuat konfransı keçirəcək.

Son xəbərlər

Orphus sistemi