İraq İranla sərhədini bağlayır

İraq İranla sərhədini bağlayır İraq İranla sərhədləri bağlamağa qərar verib.
Region
7 Mart , 2020 10:07
İraq İranla sərhədini bağlayır

İraq İranla sərhədləri bağlamağa qərar verib.

“Report” xəbər verir ki, bu barədə İraq Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 8-dən etibarən İranla 5 sərhəd-keçid məntəqəsi bağlanacaq.

Qərar yalnız İraqın şimalında kürd muxtar vilayətinin İranla sərhəd-keçid məntəqəsinə şamil edilmir.

Qeyd edək ki, İraqda koronavirus daşıyıcılarının sayı 47, ölənlərin sayı isə 4 nəfərdir.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 97 ölkədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 102 241-ə çatıb. Bunların 57 624 nəfəri sağalıb, 3 497 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

Son xəbərlər

Orphus sistemi