İranlı deputat: “İŞİD çirkli pulların yuyulmasında İranın bank sistemindən istifadə edib”

İranlı deputat: “İŞİD çirkli pulların yuyulmasında İranın bank sistemindən istifadə edib” İranda mühafizəkarlar, "Hizbullah" kimi bir sıra təşkilatlar “FATF qanunu"nun qəbul edilməsinə qarşı çıxırlar
Region
12 İyun , 2018 17:33
İranlı deputat: “İŞİD çirkli pulların yuyulmasında İranın bank sistemindən istifadə edib”
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ “İŞİD ötən illərdə çirkli pulların yuyulmasında İranın bank sistemindən istifadə edib”.

“Report” “Haber7”yə istinadən xəbər verir ki, bunu İran parlamentinin üzvü Mahmud Sadiki məclisdə “Çirkli pulların yuyulması uğrunda mübarizədə maliyyə tədbirləri hazırlayan qrup”la (FATF) bağlı qanun layihəsi haqqında “Twitter” hesabında yazıb.

“Hətta belə vəziyyət Suriyanın da etirazına səbəb olmuşdu. Narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olanlar və vergidən yayınan böyük şəbəkələr çirkli pullarla şəffaflığa qarşı mübarizə aparırlar. Onlar bank əməliyyatlarının şəffaf olmasından qorxurlar. İnqilabçı şüarları ilə mühafizəkarları təşvişə salıb öz maraqlarını qorumağa çalışırlar”, - deputat vurğulayıb.

Qeyd edək ki, iyunun 10-da İran parlamentində “FATF qanunu”na dəyişiklik hazırlanarkən mühafizəkarlara yaxın deputatlar etiraz edib. Bu isə qanunun müzakirəsinin təxirə salınmasına səbəb olub. Ayətullah Mispah Yəzdinin başçlıq etdiyi Dirəniş Cəbhəsi iyunun 8-də İran parlamentinin sədri Əli Laricaninin Qum şəhərindəki ofisinin qarşısında piket keçiriblər. İranda mühafizəkarlar, "Hizbullah" kimi bir sıra təşkilatlar “FATF qanunu"nun” qəbul edilməsinə qarşı çıxırlar. 

Son xəbərlər

Orphus sistemi