​İranla AEBA anlaşma imzalayıb

​İranla AEBA anlaşma imzalayıb Tehran uranı 3,67%-dən artıq zənginləşdirməyəcəyi barədə öhdəlik götürüb
Region
14 İyul , 2015 19:33
​İranla AEBA anlaşma imzalayıb

Bakı. 14 iyul. REPORT.AZ/ İranla Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) Tehranın nüvə proqramı üzrə bütün fikir ayrılığına dair məsələlərin tənzimlənməsi üçün "yol xəritəsi" imzalayıb.

"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.

Yukiya Amano bildirib ki, bütün qalan məsələlərin 2015-ci ilin sonunadək razılaşdırılması qərara alınıb.

Məlumata görə, İran uranı 5 il müddətinə 3,67%-dən artıq zənginləşdirməyəcəyini, habelə Fordodakı nüvə obyektini texnoloji mərkəzə çevirməyi öhdəsinə götürüb.

Bu gün "altılıq"la İran arasında Tehranın nüvə proqramının tənzimlənməsi üzrə razılaşdırılmış birgə fəaliyyət planı elan olunub. 

Son xəbərlər

Orphus sistemi