İranın Yunanıstandakı səfirliyinə hücum olub

İranın Yunanıstandakı səfirliyinə hücum olub Bakı. 17 sentyabr. REPORT.AZ/ Afina şəhərində kürd etnik qrupuna məxsus “Rouvikonas” anarxist dəstəsinin üzvləri İranın Yunanıstandakı səfirliyinin binasına hücum ediblər.
Region
17 Sentyabr , 2018 14:04
İranın Yunanıstandakı səfirliyinə hücum olub
0 : 00
0 : 00

Bakı. 17 sentyabr. REPORT.AZ/ Afina şəhərində kürd etnik qrupuna məxsus “Rouvikonas” anarxist dəstəsinin üzvləri İranın Yunanıstandakı səfirliyinin binasına hücum ediblər.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, sentyabrın 17-də səhər saatlarında 10 anarxist motosikletlə Afina ətrafında yerləşən Psixiko şəhərində səfirliyə boya dolu butulka atıblar.

Onlar hücumdan sonra gizlənib və heç biri tutulmayıb.

Qeyd edək ki, “Rouvikonas” bu kürd etnik qrupunu təmsil edən terrorçu qrupdur. Bir müddət əvvəl Türkiyə şirkətinin Afinadakı ofisinə də hücum etmişdi.

Son xəbərlər

Orphus sistemi