İranın XİN rəhbəri Süleymaninin öldürülməsini terror aktı adlandırıb

İranın XİN rəhbəri Süleymaninin öldürülməsini terror aktı adlandırıb İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə BMT-nin baş katibi Antoniu Quttereş arasında telefon danışığı olub.
Region
132
3 Yanvar , 2020 23:06
İranın XİN rəhbəri Süleymaninin öldürülməsini terror aktı adlandırıb

İranın xarici işlər naziri Məhəmməd Cavad ZərifBMT-nin baş katibi Antoniu Quttereş arasında telefon danışığı olub.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilir ki, XİN rəhbəri general Qasım Süleymaninin öldürülməsini ABŞ tərəfindən törədilən terror aktı adlandırıb.

"Bütün nəticələr (Suleymaninin qətlinə görə – red.) ABŞ-ın üzətinə düşür", - deyə Quterreşlə telefon danışığının gedişatında Zərif deyib. 

O, vurğulayıb ki, ABŞ-ın hücumu terror aktıdır.

Öz növbəsində BMT baş katibi ABŞ-ın hərəkətlərindən narahatlığını ifadə edib. Antoniu Quttereş bildirib ki, bunlar regionda gərginliyin artmasına gətirib çıxaracaq.

Son xəbərlər

Orphus sistemi