İranın XİN rəhbəri Latın Amerikası ölkələrinə səfərə gedəcək

İranın XİN rəhbəri Latın Amerikası ölkələrinə səfərə gedəcək Nazir neft, energetika və dəniz daşımaları sahəsində müqavilələr imzalamağı planlaşdırır
Region
6 Avqust , 2016 16:38
İranın XİN rəhbəri Latın Amerikası ölkələrinə səfərə gedəcək

Bakı. 6 avqust. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif avqustun 21-də Latın Amerikası ölkələrinə turneyə çıxacaq. 

"Report" "Sputnik"ə istinadən xəbər verir ki, turne çərçivəsində nazir Kuba, Nikaraqua, Ekvador, Çili və Boliviyaya səfər edəcək. 

Nazir böyük istisadi nümayəndə heyətinə rəhbərlik edir və neft, energetika və dəniz daşımaları sahəsində müqavilələr imzalamağı planlaşdırır.

Turne bir həftə, yəni avqustun 27-dək davam edəcək. 

Son xəbərlər

Orphus sistemi