İranın XİN-in başçısı Türkiyədə səfərdədir

İranın XİN-in başçısı Türkiyədə səfərdədir Məhəmmədcavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşüb
Region
12 Avqust , 2016 12:18
İranın XİN-in başçısı Türkiyədə səfərdədir

Bakı. 12 avqust. REPORT.AZ/ İranın xarici işlər naziri Məhəmmədcavad Zərif Türkiyədə səfərdədir.

"Report" "Tasnim" agentliyinə istinadən xəbər verir ki, M.Zərif Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşüb.

XİN başçıları iki ölkə arasındakı əlaqələrin hazırkı durumunu, gələcək inkişaf prespektivlərini, regional və beynəlxalq məsələləri müzakirə ediblər. 

İran XİN başçısını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da qəbul edəcək. 

Qeyd edək ki, Fetullahçı Terror Təşkilatının (FETÖ) dövlət çevirilişinə cəhddən sonra bu, İranın rəsmi nümayəndəsinin Türkiyəyə ilk səfəridir. 

Son xəbərlər

Orphus sistemi