İranın sabiq prezidentinin oğlu 15 il həbs cəzası aldı

İranın sabiq prezidentinin oğlu 15 il həbs cəzası aldı Mehdi Rəfsəncani milli təhlükəsizliyə qarşı cinayətlərdə və maliyyə sui-istifadələrində günahkar bilinib
Region
15 Mart , 2015 21:44
İranın sabiq prezidentinin oğlu 15 il həbs cəzası aldı

Bakı. 15 mart. REPORT.AZ/ İranın sabiq prezidenti Əli Əkbər Xaşimi Rəfsəncaninin oğlu haqda 15 il müddətinə azadlıqdan məhrumetmə cəzası çıxarılıb.

"Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, Tehran məhkəməsi Mehdi Rəfsəncani milli təhlükəsizliyə qarşı cinayətlərdə və maliyyə sui-istifadələrində günahkar bilib.

M. Rəfsəncani, həmçinin, 2009-cu ildə keçirilən prezident seçkilərindən sonra baş verən iğtişaşların təşəbbüskarı hesab edilib.

Qeyd edək ki, M.Rəfsəncani 2012-ci ildə Böyük Britaniyadan qayıtdıqdan sonra həbs edilmişdi.

Son xəbərlər

Orphus sistemi