İranın sabiq prezidenti dünyasını dəyişib

İranın sabiq prezidenti dünyasını dəyişib Əli Əkbər Haşimi Rəfsəncani ürək tutmasından vəfat edib
Region
176
8 Yanvar , 2017 20:46
İranın sabiq prezidenti dünyasını dəyişib

Bakı. 8 yanvar. REPORT.AZ/ İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani ürək tutmasından sonra xəstəxanaya yerləşdirilib və orada dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə "Fars" agentliyi məlumat yayıb.

Rəfsəncani 1989-1997-ci illərdə İran prezidenti olub. Hazırda 82 yaşı olan sabiq prezident İranın ali dini lideri Əli Xameneyinin yanında müşavirə orqanına rəhbərlik edir.

Rəfsəncani prezidentliyi dövründə iki dəfə - 1990 və 1993-cü illərdə Azərbaycana səfər edib.

Son xəbərlər

Orphus sistemi