İranın kosmik mərkəzində raket partlayıb - FOTO

İranın kosmik mərkəzində raket partlayıb - FOTO İranda kosmik mərkəzin buraxılış meydançasında raket partlayıb. Report xəbər verir ki, bu barədə Associated Press məlumat yayıb.
Region
173
30 Avqust , 2019 05:25
İranın kosmik mərkəzində raket partlayıb  - FOTO

İranda kosmik mərkəzin buraxılış meydançasında raket partlayıb. "Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Peyk görüntülərinə görə, partlayış Semnan əyalətində yerləşən kosmodromun buraxılış meydançasında baş verib. Fotoşəkillərdə raket qalıqlarını, həmçinin qara tüstüləri görmək mümkündür.

Qeyd olunub ki, İran “Nahid 1” peykinin fəzaya buraxılışı üçün hazırlıqlar görürdü. Hadisənin "Nahid 1" peyki ilə əlaqəli olub-olmadığı barədə məlumat yoxdur. 

Son xəbərlər

Orphus sistemi