İranın Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinə leysan yağışları yağıb, 7 nəfər ölüb

İranın Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinə leysan yağışları yağıb, 7 nəfər ölüb Yağışlar 5 əyalətdə fəsadlar törədib
Region
4 Sentyabr , 2016 00:54
İranın Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinə leysan yağışları yağıb, 7 nəfər ölüb

Bakı. 4 sentyabr. REPORT.AZ/ İranın 5 əyalətində leysan yağışları və qasırğa nəticəsində ən azı 7 nəfər həyatını itirib.

"Report" xəbər verir ki, bu barədə sentyabrın 3-də İranın Xilasetmə İşləri Təşkilatının rəhbəri Nasir Şərhsaz məlumat verib.

O bildirib ki, daşqınlar nəticəsində 4 nəfər batıb, daha 3 nəfəri isə ildırım vurub.

Ötən cümə Mazandaran, Gülüstan, Semnan, Ərdəbil və Şərqi Azərbaycan əyalətlərinə güclü leysan yağışları yağıb. Nəticədə 21 şəhər zərər çəkib və xilasedicilər 6 mindən çox insana köməklik göstəriblər.

Dəyən maddi ziyanın miqyası hələ ki, məlum deyil.

Son xəbərlər

Orphus sistemi