İranın energetika naziri: “Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırıq”

İranın energetika naziri: “Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırıq” Ermənistan prtezidentinin Tehrana səfəri gözlənilir
Region
6 Dekabr , 2016 01:23
İranın energetika naziri: “Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırıq”

Bakı. 6 dekabr. REPORT.AZ/ "İran Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirməyə hazırdır”.

“Report” “news.am”a istinadən xəbər verir ki, bunu İran İslam Respublikasının energetika naziri Həmid Çitçian İran-Ermənistan hökumətlərarası birgə komissiyanın açılışında bildirib.

“Ermənistan Prezidenti Serj Sarqsyanın Tehrana qarşıdan gələn səfəri iki ölkə arasında energetika və iqtisadi əməkdaşlıq sahəsində əməkdaşlığın inkişafına yaxşı imkanlar açır” - iranlı nazir vurğulayıb.

O deyib ki, hökumətlərarası komissiyanın gündəliyində üçüncü elektrik ötürücüsü xəttinin tikintisi layihəsi, Şimal-Cənub nəqliyyat dəhlizi, eləcə də körfəzdən Qara dənizədək boru-kəmərinin çəkilməsi məsələləri var.

Xatırladaq ki, komissiyanın iclasında Ermənistanın energetika naziri Aşot Manukyan iştirak edir. Ermənistan KİV-i İran Prezidenti Həsən Ruhaninin Yerevana səfər edəcəyini yazıb. Ancaq həmin müddətdən iki həftə keçsə də bu səfər baş tutmayıb. 

Son xəbərlər

Orphus sistemi