İranın cənubunda xarici dövlətə məxsus pilotsuz uçan aparat düşüb

İranın cənubunda xarici dövlətə məxsus pilotsuz uçan aparat düşüb Hazırda hadisə yerində İran mütəxəssisləri iş aparır
Region
21 Noyabr , 2015 18:27
İranın cənubunda xarici dövlətə məxsus pilotsuz uçan aparat düşüb

Bakı. 21 noyabr. REPORT.AZ/ İranın cənubunda pilotsuz uçan aparat düşüb. "Report"un "Gazeta.Ru" saytına istinadən verdiyi xəbərə görə, adı açıqlanmayan xarici dövlətə məxsus olan aparat texniki problemlər səbəbi ilə qəzaya uğrayıb. 

Hazırda hadisə yerində İran mütəxəssisləri iş aparır.

Xatırladaq ki, bu gün mətbuatda yayılan xəbərə görə, ABŞ-a məxsus hərbi pilotsuz uçan aparat Küveyt ərazisində düşmüşdü.

Son xəbərlər

Orphus sistemi