Rəsmi açıqlama: İran İŞİD-i vurub

Rəsmi açıqlama: İran İŞİD-i vurub Bunu İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur deyib
Region
6 Dekabr , 2014 15:22
Rəsmi açıqlama: İran İŞİD-i vurub

Bakı. 6 dekabr. REPORT.AZ/ "İran ABŞ-la heç bir əməkdaşlıq etmədən İraqda İŞİD terror qruplaşmasının mövqelərinə hava zərbələri endirib". "Report" xarici mətbuata istinadən xəbər verir ki, bunu İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur "The Guardian" qəzetinə açıqlamasında deyib.

Onun sözlərinə görə, İraq heç vaxt Suriyanın vəziyyətinə düşməyəcək: "Bu baxımdan İraqa kömək etməyə hər zaman hazırıq. Bundan sonra qonşu ölkəyə yardımlarımızı daha da artıracağıq. Çünki İraq bizə Suriyadan daha yaxındır".

Qeyd edək ki, İran bu günə qədər İraqda İŞİD-in mövqelərinə hava zərbələri endirdiyi barədə xəbərləri təkzib edib. Lakin ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Con Kerbi İran təyyarələrinin İraqla sərhəddəki İŞİD terror qruplaşmasının mövqelərini atəşə tutduğunu bəyan edib. 

Son xəbərlər

Orphus sistemi