İrandan koronavirusla bağlı ziddiyyətli məlumatlar gəlir

İrandan koronavirusla bağlı ziddiyyətli məlumatlar gəlir İranda rəsmi məlumata əsasən, son 24 saat ərzində koronavirusdan daha 8 nəfər ölüb.
Region
3328
29 Fevral , 2020 12:08
İrandan koronavirusla bağlı ziddiyyətli məlumatlar gəlir

İranda rəsmi məlumata əsasən, son 24 saat ərzində koronavirusdan daha 8 nəfər ölüb.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, indiyədək təsdiqlənmiş yoluxma hallarının sayı 388, ölənlərin isə 34 nəfər olduğu bildirilir.

BBC-nin məlumatına görə, adı çəkilməyən mənbə fevralın 27-nə qədər İranda bu xəstəlikdən azı 210 nəfərin öldüyünü bildirib. Ölkənin Səhiyyə Nazirliyi isə bu xəbəri təkzib edib.

Xatırladaq ki, İran parlamentinin dörd üzvü ilə yanaşı, ölkənin vitse-prezidenti Məsumə Ebtekarda, habelə bəzi başqa yüksək vəzifəli rəsmilərdə də koronavirus aşkarlanıb.

Qeyd edək ki, ötən ilin 31 dekabr günü Çinin Uhan şəhərindən yayıldığı bildirilən koronavirusa yoluxma halları Çindən başqa 57 ölkədə qeydə alınıb. Hazırda yoluxma hallarının ümumi sayı 85 217, ölənlərin sayı 2 924, sağalanlar isə 39 548 nəfərdir.

Son xəbərlər

Orphus sistemi